Sabiq baş məşqçi məşhur milyarderi tutdurdu
26 noyabr 2013 12:11 (UTC +04:00)

Sabiq baş məşqçi məşhur milyarderi tutdurdu

İsrailli sahibkar Arkadi Qaydamak İsveçrədə həbs olunub. Lent.az-ın “Channel 2”yə istinadən məlumatına görə, Qaydamak Lüksemburqun sorğusu əsasında 2 gün öncə saxlanılıb.

 

Məşhur milyarder Sürixə biznesi ilə bağlı məhkəmə dinləmələrində iştirak üçün gəlibmiş. Polis məlumatı təsdiqləsə də, onun hansı ittihamlarla saxlanıldığını açıqlanmaqdan imtina edib.

 

RTS telekanalı isə Qaydamakın noyabrın 22-də “Etimaddan sui-istifadə” maddəsi ilə hüquq firmasında tutulduğunu yazıb. Onun həbsini 2000-ci illərdə bu biznesmenə məxsus İsrailin “Beytar” klubunda baş məşqçi kimi çalışmış Luis Fernandesin şikayəti əsasında Cenevrə prokuroru Dario Dzanni sanksiyalaşdırıb. Fransalı mütəxəssis iş adamından 400000 avro tutulmasını tələb edib. Bu məbləği Fernandes keçmiş klubu “Əl-Rəyyan”dan “Beytar”a gətirilməsi qarşılığında kompensasiya kimi tutulub. Sabiq baş məşqçi bildirib ki, əmək haqqından tutulan pullar sabiq klubuna ödənilməyib və nəticədə FİFA bu məbləği onun özündən alıb. Lakin Qaydamakın vəkili Mark Bonnant müştərisinin həbsini qəribə hal adlandırıb və biznesmenin bu məbləği çoxdan ödədiyini bildirib.

 

Qeyd edək ki, Arkadi Qaydamak 2009-cu ildə Paris məhkəməsi tərəfindən 6 illik qiyabi həbsə məhkum olunub. 2011-ci ilin aprelində bu müddət 3 ilə endirilib. Səbəb kimi onun Anqoladakı vətəndaş müharibəsi zamanı ölkə prezidenti Joze Eduardu duş Santuşun istəyi əsasında fransalı iş adamı Pyer Falkonla birgə 790 milyon dollarlıq silah çatdırması göstərilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1206
avatar

Oxşar yazılar