Saakaşvilinin tərəfdarları kütləvi aksiyaya başladı
19 aprel 2013 18:26 (UTC +04:00)

Saakaşvilinin tərəfdarları kütləvi aksiyaya başladı

Gürcüstan paytaxtında - parlamentin köhnə binasının qarşısında müxalifətdəki Vahid Milli Hərəkat Partiyasının mitinqi başlayıb. APA-nın Gürcüstan müxbirinin verdiyi məlumata görə, Rustaveli prospektində keçirilən aksiyada çıxış edən Vahid Milli Hərəkat Partiyasının liderlərindən biri Georgi Vaşadze bu gündən ölkədə yeni milli hərəkatın başlandığını deyib. O qeyd edib ki, əsas məqsədləri insanların azad yaşamasına və sosial problemlərin həllinə nail olmaqdır: “Gürcüstanda hər millətin nümayəndələrinin komfort şəraiti olmalıdır. Yeni milli hərəkat Gürcüstana yeni uğurlar gətirəcək. Gürcüstan Avropaya inteqrasiya yolundan əl çəkməməlidir”.

 

Vahid Milli Hərəkat Partiyasının parlament fraksiyasının rəhbəri David Bakradze, fraksiyadan olan bütün deputatlar, ö cümlədən azərbaycanlı Azər Süleymanov, Tiflis meri Giqi Uqulava da aksiyada iştirak edir. Meydana Azərbaycan bayraqları da gətirilib. İştirakçılar baş nazir Bidzina İvanişvilinin xarici siyasətinə etirazlarını bildirir və NATO ilə Avropa Birliyinə inteqrasiya prosesinin davam etməsi tələbini irəli sürürlər. 

 

Aksiyada təxminən 10 min nəfərin iştirak etdiyi bildirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 852
avatar

Oxşar yazılar