Saakaşvili Tiflisdən bezib dağa çıxdı
12 avqust 2013 16:01 (UTC +04:00)

Saakaşvili Tiflisdən bezib dağa çıxdı

Gürcüstan prezidenti Mixail Saakaşvili tələbələrlə birlikdə Kaxetiyada dağlıq ərazidə yerləşən Tobavarçxili gölü ətrafında gəzintiyə çıxıb.

 

Lent.az-ın məlumatına görə, bu barədə Mixail Saakaşvili öz Facebook səhifəsində bildirib. Preziden gəzintidə çəkdirdiyi fotoları paylaşmaqla yanaşı qeyd edib ki, kabinetdə oturmaqdan bezdiyi üçün Tobavarçxili gölü ətrafında gəzintiyə çıxmağa qərar verib.

 

Qeyd edək ki, “Gümüş göl” də adlandırılan Tobavarçxili gölü 2650 metr yüksəklikdə yerləşir. Əfsanəyə görə, əgər kimsə bu göldə çimsə, mütləq yağış yağır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3820
avatar

Oxşar yazılar