Saakaşvili prezidentlikdən sonra şərabçılığı təbliğ edəcək
20 avqust 2013 22:35 (UTC +04:00)

Saakaşvili prezidentlikdən sonra şərabçılığı təbliğ edəcək

Gürcüstanın prezidenti Mixail Saakaşvili səlahiyyət müddəti başa çatdıqdan sonra şərabçılıq sahəsində təhsilin səviyyəsinin artırılması və ölkədə onun məşhurlaşdırılması ilə məşğul olacağını bildirib.

 

Lent.az-ın «interfaks»-a istinadən məlumatına görə, avqustun 20-də jurnalistlərlə söhbətində o, deyib: «Mən Kaxetiya, başqa yerlər, özəlliklə Kartlidə üzümçülük mərkəzləri açmağı planlaşdırıram».

 

Saakaşvilinin sözlərinə əsasən, bu «mədəniyyət hətta, kiçik torpaq sahəsində də gəlirlidir».

 

 

Gürcüstan prezidenti sahibkarlara yardım məqsədi ilə şərabçılar birliyini yaratmaq planı olduğunu da vurğulayıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 558
avatar

Oxşar yazılar