Rusiyanın Pskov şəhərində pravoslav kilsəsinin tanınmış keşişi Pavel Adelgeym qətlə yetirilib.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, Rusiya daxili İşlər Nazirliyinin bölgədəki idarəsi qatilin tutulduğunu bildirib.
Post –Patrul xidmətinin əməkdaşları qətldə şübhəlini həbs edib.O, Moskva sakindir.
İlkin məlumata əsasən, o, 1986-cı ildə anadan olub. Hadisəni törətdikdən sonra onun özünə iki bıçaq zərbəsi vurduğu da bildirilib. Hazırda şübhəli şəxs xəstəxanadadır.
Şahidlərin sözlərinə görə, qatil keşişə hücum edərkən, «sən mənim ruhuma şeytan yerləşdiribsən» deyə, qışqırırmış.
Avqustun birində keşişin 75 yaşı tamam olub.
1969-cu ildə o, qadağan edilmiş dini ədəbiyyatı yaydığı üçün tutulub.
Adelgeym «sovet hakimiyyətini şərlədiyi» üçün 3 il həbs düşərgəsində saxlanılıb. Onda sağ ayağını itirib.
1976-cı ildən Pskov yeparxiyasında keşişlik etməyə başlayıb.
2008-ci ildə Pskov və Velikolukskun baş keşişi Yevseviya onu müqəddəs Jen-Mironosits məbədindəki vəzifəsindən çıxarıb. Onda Adelgeym deyib ki, onunla münaqişəsi 20 ildir davam edir.
O, dəfələrlə dindarların hisslərinin qorunması qanununu dəstəkləyən çıxışlar edib.