Bu gün səhər saat 6:38 radələrində Baykonur kosmodromunda “Qlonass-M” rabitə peykini kosmosa çıxarmaq cəhdi uğursuzluqla nəticələnib.
Lent.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, “Proton-M” raket-daşıyıcısı buraxıldıqdan sonra qəfil uçuş trayektoriyasından çıxaraq yerə istiqamətlənib və havada parçalanmağa başlayıb.
Raket-daşıyıcının qalıqları buraxıldığı yerin yaxınlığına düşüb və partlayış baş verib. Yaxınlıqda yaşayış qəsəbəsi olmadığı üçün faciə yaşanmayıb. “Roskosmos” məsələni araşdırmaq üçün qurumun sədr müavini Aleksandr Lopatinin başçılığı ilə komissiya yaradıb.