ABŞ Konqresinin sgdri Con Beyner rusiyalı parlamentarilərdən ibarət nümayəndə heyəti ilə görüşdən imtina edib.
APA-nın “Fox News”a istinadən verdiyi məlumata görə, bunu Beynerin mətbuat katibi deyib.
“Spiker Rusiya səfirliyinin uyğun sorğusunu rədd edib” - deyə, o, vurğulayıb.
CNN telekanalı bildirib ki, Rusiya duması və Federasiya şurasının təmsilçiləri
hələ Vaşinqtona heç gəlməyib. Moskvada ABŞ-a göndəriləcək nümayəndə heyətində kimin yer alacağını müəyyənləşdirilməyib.
Xatırladaq ki,Rusiya prezidenti Vladimir Putin Federasiya Şurası və Dövlət Dumasının ABŞ Konqresinə Suriyadakı vəziyyətlə bağlı danışıqlar aparmaq üçün nümayəndə heyəti göndərmək təşəbbüsünü bəyənib.
O, şura və duma başçıları ilə görüşündə deyib: «Təşəbbüs vaxtında və doğur irəli sürülüb. Həqiqətən də biri-birini daha yaxşı anlamaq, arqumentlərlə birbaşa danışıqlar, öz mövqeyini ortaya qoymaq üçün başqa yol yoxdur».
V.Putin bildirib ki, parlamentlərarası danışıqları ABŞ - Rusiya münasibətlərinin inkişafının bir hissəsidir.