Rusiya ilə ABŞ arasında diplomatik gərginlik artmaqdadır. Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, Rusiyanın Xarici İşlər Nazirliyi ABŞ-ın Moskvadakı təmsilçisinə etiraz notası təqdim edib. Həmin məktubda rəsmi Moskva Vaşinqtondan Rusiya vətəndaşlarının üçüncü dövlətin ərazisində «şübhəli ittihamlarla» izlənilməsi və həbsinin dayandırılmasını istəyib.
Nazirlik notada Ağ evi Rusiyanın da uyğun addımlar atacağını bildirib.
Xatırladaq ki, bir müddət öncə Rusiya XİN vətəndaşlarına ABŞ-ın diqqətini cəlb etməmək üçün xarici ölkələrə səfərdən çəkinməyi məsləhət görmüşdü.