Rusiyada spirtli içkilərin nağd pulla satışı qadağan oluna bilər
26 avqust 2013 13:59 (UTC +04:00)

Rusiyada spirtli içkilərin nağd pulla satışı qadağan oluna bilər

Rusiyada spirtli içkilərin nağd pulla satışı qadağan oluna bilər.


 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu təkliflə Rusiya Dövlət Dumasının deputatları çıxış ediblər. Qanun layihəsinin müəllifi “Ədalətli Rusiya” partiyasından olan deputat Oleq Mixeevin fikrincə, spirtli içkilərin yalnız bank kartı vasitəsi ilə satışı məhsulun yetkinlik yaşına çatmayanlara satılmasını məhdudlaşdıra və spirtli içkilər bazarının  nəzarətdə saxlanılmasına kömək edə bilər.

Spirtli içkilərin bank kartı vasitəsi ilə satışı həm də kiçik mağaza və köşklərdə bu məhsulun satışını əngəlləyəcək.

Qeyd edək ki, Rusiya ərazisində axşam saat 22:00-dan sonra spirtli içki satışı qadağan olunub.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 731
avatar

Oxşar yazılar