Rusiyada Niderland kralına pomidor atılıb
09 noyabr 2013 20:52 (UTC +04:00)

Rusiyada Niderland kralına pomidor atılıb

 

Niderland  kralı Villem-Aleksandra Rusiya milli bolşevikləri pomidor atıb.

 

Lent.az-ın «gezata.ru»-ya istinadən məlumatına görə, «Başqa Rusiya»-nın lideri Sergey Aksenov «tvitter» səhifəsində yazıb ki, bununla  Hollandiya hakimiyyətinin suçu ucbatından Aleksandr Dolmatovun ölümünü xatırlatmaq istəyiblər.

 

«Niderland kralı Villem-Aleksandra pomidor  atmaqla milli bolşevik Aleksandr Dolmatovun hadisəsi xatırladılıb. Hollandiya hakimiyyəti ona siyasi sığınacaq verməkdən imtina etdikdən sonra o, Rotterdamda deportasiya həbsxanasındakı kamerada özünü asmışdı» - deyə, Aksenov yazıb.

 

Mənbə bildirib ki, Milli bolşeviklər Viktoriya Kuznetsova və Denis Kudryavtsev konservatoriyada, Niderland kral orkestrinin konsert verdiyi yerdə, tutularaq, avtobusda saxlanılıb.

 

Məlumata əsasən, 2013-cü ilin yanvarında Niderland Aleksandr Dolmatova siyasi sığınacaq verməkdən imtina edib. O, da Rotterdam şəhərindəki deportasiya həbsxanasında özünü asmışdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1078
avatar

Oxşar yazılar