Moskva vilayətində naməlum şəxslər tərəfindən oğurlanmış Əfqanıstan vətəndaşı azad edilib.
Lent.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, martın 16-da əfqan biznesmen Koteliniki şəhərində evi yaxınlığında 3 nəfər tərəfindən döyülüb, zorla “Porshe Cayenne” avtomobilinə əyləşdirilib.
Daha sonra cinayətkarlar əfqan biznesmen şirkətinin əməkdaşı olan qadınla əlaqə saxlayıb və 5 milyon rubl (təxminən 160 min dollar) istəyiblər. Qadın dərhal hüquq-mühafizə orqanlarına müraciət edib. Martın 17-də əfqan biznesmendən tələb olunan pulun bir hissəsini alan 30 yaşlı Azərbaycan vətəndaşı saxlanılıb. Bundan sonra cinayətkarlar biznesmeni azad ediblər. Biznesmeni oğurlamaqda iştirak edən digər iki nəfər axtarılır.