Rusiya Dövlət Duması sədrinin müavini Vladimir Vasilev bildirib ki, yaxın zamanlarda deputatlar əcnəbi-sürücülərin yenidən imtahan verməsi məsələsi ilə məşğul olacaq.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, baş nazir Dmitri Medvedevin «Yedinaya Rossiya» fraksiyası ilə görüşündə Vasilev deyib ki, artıq Duma yol hərəkət qaydalarına dəyişiklik edib, ona görə də bu ilin noyabrından əcnəbi sürücülərin sürücülük vəsiqəsi etibarsız sayılacaq və onlar yenidən imtahan verməli olacaq.
Deputatlar iyulun 13-də Yeni Moskva ərazisində 18 nəfərin ölümü ilə nəticələnən avtomobil qəzasından da danışıblar. Xatırladaq ki, qəzaya uğrayan avtobusun sürücüsü Ermənistan vətəndaşıdır.