Rusiya daha bir radiolokasiya stansiyası tikəcək. APA-nın verdiyi məlumata görə, bunu “İnterfaks”a Rusiya Hava-kosmik müdafəsi qoşunlarının nümayəndəsi, polkovnik Aleksey Zolotuxin deyib. Onun sözlərinə görə, Orenburq vilayətində inşa olunacaq “Voronej-M” tipli radiolokasiya stansiyası raket hücumu əleyhinə sistemə daxil ediləcək.
Zolotuxin qeyd edib ki, yeni nəsil RLS-ləri inşa etməkdə məqsəd raket hücumu əleyhinə sistemin imkanlarının təkmilləşdirilməsidir.
Qeyd edək ki, sabah Orsk şəhərində (Orenburq vilayəti) “Voronej-M” RLS-in fundamentinin qoyulması ilə əlaqədar təntənəli mərasim keçiriləcək.