Rusiyada azərbaycanlının soyuducusundan 250 qram həşiş tapıldı
07 noyabr 2013 10:52 (UTC +04:00)

Rusiyada azərbaycanlının soyuducusundan 250 qram həşiş tapıldı

Rusiyanın Krasnoyarsk diyarında yataqxanadakı otaqlardan birində soyuducudan 250 qram həşiş tapılıb. Lent.az-ın məlumatına görə, narkotiklərin qanunsuz dövriyyəsində 35 yaşlı azərbaycanlı şübhəli bilinir.

 

Onun şüşə bankada saxladığı narkotik maddə müştərilərə satılmaq üçün nəzərdə tutulub. Adı açıqlanmayan həmyerlimizin əvvəllər də eyni səbəbdən azadlıqdan məhrum edildiyi bildirilir. 2012-ci ildə şərti azadlığa buraxılan soydaşımızı 10 ilədək həbs gözləyir.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 679
avatar

Oxşar yazılar