Rusiyada azərbaycanlılardan ibarət narkotik qaçaqmalçıları həbs edilib
09 iyul 2013 17:54 (UTC +04:00)

Rusiyada azərbaycanlılardan ibarət narkotik qaçaqmalçıları həbs edilib

Rusiyanın Barnaul şəhərində narkotik qaçaqmalçılığı ilə məşğul olan mütəşəkkil cinayətkar dəstənin üzvləri yaxalanıb. Lent.az-ın Rusiya Federasiyası Narkotiklərin Dövriyyəsinə Nəzarət üzrə Xidmətinin Krasnoyarsk diyarı üzrə idarəsinin saytına istinadən verdiyi məlumata görə, azərbaycanlılardan ibarət dəstə 5,5 kq heroini satmaq məqsədilə İrkutsk vilayətinə göndərmək istəyib.

Narkotiklə dolu 6 bağlama avtomobil təkərində aşkarlanıb. Heroin ələ keçirilərkən, narkotik saxlayanlar müəyyənləşdirilməyib. Amma operativ-istintaq tədbirlərinin gedişində onun sahiblərinin Altay diyarında yaşayan azərbaycanlılar olduğu üzə çıxıb.

Məlumata görə, narkodilerlərin bütün ölkə üzrə şəbəkələri olub.
 

Təhqiqatçıların fikrincə, dəstə üzvləri 3 ildən çox birgə fəaliyyət göstərib, bahalı avtomobillərdə gəziblər. Qrupun əsas fəaliyyət məkanı Barnaul şəhəri olub. Məhz orada yerli polislər 2 işsiz azərbaycanlı ələ keçiriblər. Adları açıqlanmayanlardan biri 38 yaşlı dəstə başçısı, digəri 50 yaşlı kuryerdir. Onların hər ikisi haqda həbs qətimkan tədbiri seçilib, cinayət işi qaldırılıb.

Cinayət Məcəlləsinə görə, onları ömürlük həbs gözləyir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 558
avatar

Oxşar yazılar