Rusiyada 18 nəfəri öldürən erməniyə ittiham irəli sürüldü
15 iyul 2013 16:04 (UTC +04:00)

Rusiyada 18 nəfəri öldürən erməniyə ittiham irəli sürüldü

 

Qraç Arutunyan 7 ildən çox azadlıqdan məhrumetmə cəzası almayacaq

 

 


Rusiyada 18 nəfərin ölümünə səbəb olan qəza törədən erməni əsilli Qraç Arutunyan 7 ildən çox azadlıqdan məhrumetmə cəzası almayacaq.

 

Lent.az-ın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bu gün Qraç Arutunyana yol hərəkəti qaydalarını və nəqliyyat vasitəsindən istismar qaydalarını pozmaqla iki və daha çox insanın ölümünə səbəb olmaq maddəsi ilə ittiham irəli sürülüb.

 

Bu, Rusiya qanunvericiliyinə əsasən, 18 nəfərin ölümünə səbəb olan 46 yaşlı erməni sürücünün 7 ildən çox azadlıqdan məhrum edilməyəcəyi deməkdir.

 

Qeyd edək ki, iyulun 13-də Qraç Arutunyanın idarə etdiyi çınqıl yüklü “Kamaz” Podolskdan Kurilova gedən sərnişin avtobusuna çırpılıb. Nəticədə 64 sərnişinin olduğu avtobus 2 yerə ayrılıb. Avtobusdakı sərnişinlərdən 18 nəfər ölüb, 30 nəfər xəstəxanaya yerləşdirilib. Onların 12-nin durumu ağırdır. Qraç Arutunyan da xəstəxanaya yerləşdirilib. Həkimlər onun həyatı üçün təhlükə olmadığını bildiriblər. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1331
avatar

Oxşar yazılar