Gürcüstan NATO-ya üzvlüyü sürətləndirmək istəyir
01 may 2013 00:28 (UTC +04:00)

Gürcüstan NATO-ya üzvlüyü sürətləndirmək istəyir

 

Gürcüstan NATO-ya üzvlüyü sürətləndirmək istəyir

 «Biz gələn il qəti  addım atmalıyıq və ən azından NATO-ya üzvlük üzrə fəaliyyət planını almağa çalışmalıyıq».

 

Lent.az-ın «Qruziya Onlayn»a istinadən verdiyi xəbərə görə, bu barədə Gürcüstanın baş naziri Bidzina İvanişvili Silahlı Qüvvələrin yaranmasının 22-ci ildönümünə həsr olunmuş tədbirdə bəyan edib.

 

Onun sözlərinə görə, gələn il NATO-ya üzvlük üzrə fəaliyyət planını almaq məqsədi ilə qəti addımların atılması üçün bütün imkanlar səfərbər ediləcək.

 

«Bundan artığına, yəqin ki, nail ola bilməyəcəyik, ansaq NATO-ya üzvlük üzrə fəaliyyət planını almağa qəti planlaşdırmışıq. NATO-nun gələn il keçiriləcək iclası zamanı biz bu istiqamətdə güclü addım atmalıyıq» - deyə, İvanişvili qeyd edib.      

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 585
avatar

Oxşar yazılar