Rusiya Suriyadakı bazadan tam çıxmadığını bildirib
28 iyun 2013 06:13 (UTC +04:00)

Rusiya Suriyadakı bazadan tam çıxmadığını bildirib

İyunun 26-da dünya KİV-də Rusiyanın Suriyadakı hərbi bazasından hərbçiləri çıxarması ilə bağlı xəbərlər yayılmışdı.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, məsələ ilə bağlı ölkənin Müdafiə Nazirliyi açıqlama yayıb: «Tartus Rusiyanın Aralıq dənizindəki rəsmi bazası olaraq, qalmaqdadır. Oradan şəxsi heyətin çıxarılması ilə bağlı yayılmış xəbərlər gerçəkliyi əks etdirmir».

 

Müdafiə Nazirliyi bəyan edib ki, Tartusdakı bazadakı hərbçilərin yerinə mülki işçilər götürüblər, amma baza fəaliyyətini davam etdirir.

 

Qurum bazada hərbçilərinin artıq olmadığın da etiraf edib.
 
Tartus Rusiyanın keçmiş SSRİ ərazisindən kənardakı yeganə hərbi bazasıdır.  Rusiya Suriya prezidenti Bəşər Əsədin əsas müttəfiqi olaraq ona qarşı ciddi sanksiyaların qəbul edilməsinə mane olur. BMT-nin məlumatına əsasən, indiyədək Suriyada prezidentə qarşı başlanan üsyanda 100 minə yaxın insan həlak olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 625
avatar

Oxşar yazılar