Rusiya polisləri dövlət sirlərini qorumağı öyrənəcək
30 noyabr 2013 03:44 (UTC +04:00)

Rusiya polisləri dövlət sirlərini qorumağı öyrənəcək

Rusiyanın Daxili İŞlər Nazirliyi əməkdaşlarına məxfi sənədlərlə işləmək və şifrələmə sənətinin tədrisi üçün müsabiqə elan edib.

 

Lent.az-ın «gazeta.ru»-ya istinadən məlumatına görə, layihənin maksimum qrantı 1.8 milyon rubldur.

 

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Edvard Snouden ölkəsinə məxsus dövlət sirlərinin yayandan sonra bu sahə Rusiyada da aktuallaşıb.

 

Nazirlik rəhbərliyi qurumun vəzifəli şəxslərinin, əməkdaşlarının bu sahədə ixtisasını artırmaq niyyətindədir. Polislərə məxfi işlərin və dövlət sirlərinin qorunmasını öyrədəcəklər. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 611
avatar

Oxşar yazılar