Rusiya Dövlət Dumasına ölkəyə gələn mühacirlərin işini çətinləşdirəcək qanun layihəsi təqdim olunub.
Lent.az-ın «RİA Novosti»yə istinadən məlumatına görə, Rusiya Federasiyası Kommunist Partiyasının hazırladığı qanun layihəsi miqrantların sadələşdirilmiş qaydada əmək fəaliyyəti ilə məşğul olmalarına dair mövcud qaydaların ləğvini nəzərdə tutur.
Müvafiq qanunu hazırlayanların təklifinə əsasən, Belarus və Qazaxıstan vətəndaşları istisna olmaqla, vizasız qaydada Rusiyaya daxil olan əcnəbilər (postsovet ölkələrinin vətəndaşları nəzərdə tutulur-red.) əmək fəaliyyəti ilə məşğul olmaq üçün ümumi əsaslarla işçi vizası alacaq.
Rusiyalı kommunistlərin fikrincə, yeni qaydalar Gömrük İttifaqı və Avrasiya İqtisadi Birliyinə daxil olan ölkələrin yaxınlaşmasına kömək edəcək.