Rusiya Suriyanın Tartus liman şəhərindəki bazasından hərbi heyətini çıxarır.
Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə, bu xəbəri RF xarici işlər nazirinin müavini Mixail Boqdanov da təsdiqləyib.
Onun sözlərinə əsasən, hazırda Suriyada Rusiya Müdafiə Nazirliyinin adamları qalmayıb.
Mənbə bildirib ki, nə Tartusda, nə də Suriyanın hərbi hissələrində Rusiyanın nə hərbçisi, nə də mülki vətəndaşı yoxdur.
Məlumata görə, Moskvanın bu addımı atması ölkədəki vətəndaş savaşı risqinin böyük olması ilə əlaqədardır.