Rusiya Müdafiə Nazirliyi bildirib ki, Qara dəniz və Baltik donanmasının «Novoçerkassk», «Minsk» desant gəmiləri sentyabrın 3-də Bosfor və Dardanel boğazlarına doğru hərəkətə başlayıb.
Lent.az-ın «intrefaks»-a istinadən məlumatına görə, qurum bildirib: «Sentyabrın 5-6-da desant gəmiləri boğazları keçərək, Aralıq dənizindəki təyin olunmuş yerdə əməliyyat planı üzrə tapşırığın icrasına başlayacaq».