«İranın nüvə problemi üzrə «altılıq»la danışıqları aparacaq nümayəndə heyətini formalaşdırmadığından Moskva rahatsızdır».
Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Ryabov bildirib.
«İndiyədək nümayəndə heyətinin formalaşdırılması prosesinin başa çatmamasından rahatsızıq. Bundan başqa müzakirələrin keçiriləcəyi yerin və tarixinin də təyin olunmamasından üzgünük. Biz «altılıq»-ı və İranı danışıqların növbəti mərhələsi üçün tarixi və yeri tez bir zamanda müəyyənləşdirməyə çağırırıq. Tehrandan danışıqlara hazır olması haqda işarələr müsbət hal olsa da, bunun ardınca gerçək fəaliyyət əsasdır» -deyə, Ryabov bildirib.
Xatırladaq ki, İran prezidenti Həsən Ruhani sentyabrın 5-də sərəncam imzalayaraq Qərblə nüvə danışıqları aparılmasını Xarici İşlər Nazirliyinə tapşırıb.
Bundan sonra 5+1 qrupu (ABŞ, Böyük Britaniya, Fransa, Rusiya, Çin və Almaniya) ilə nüvə danışıqlarını İran Xarici İşlər Nazirliyi aparacaq və bununla bağlı məsuliyyət daşıyacaq.