Rusiya – İran: Xəzərdə birgə hərbi manevr
29 iyun 2013 06:51 (UTC +04:00)

Rusiya – İran: Xəzərdə birgə hərbi manevr

Rusiya Hərbi Dəniz Donanması və İslam Respublikası 2013-cü ilin ikinci yarısında Xəzərdə birgə hərbi manevr keçirməyi planlaşdırıb.

 

Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, bu haqda jurnalistlərə Xəzər donanmasının komandanının müavini Nikolay Yakubovski açıqlama verib.

 

 

İran Hərbi Dəniz Donanması raket gəmisi komandirlərinin Həştərxana qeyri-rəsmi səfəri zamanı aparılan müzakirələrdən sonra açıqlama verilib.

 

İslam Respublikası donanması da öz növbəsində bu təlimə maraq göstərdiyini bildirib. İran gəmiləri qrupunun komandiri Məhəmmədhəsən Azərpekan deyib ki, əgər yüksək komandanlıq heyəti bu haqda qərar qəbul edərsə, onu «məmnunluqla həyata» keçirərlər. 

# 694
avatar

Oxşar yazılar