Rusiya-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclası olacaq
05 avqust 2013 21:06 (UTC +04:00)

Rusiya-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclası olacaq

Rusiya prezidenti Vladimir Putin və Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoqan arasında baş tutmuş telefon danışığında payızda Moskvada Rusiya-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının növbəti iclasını keçirməyə dair razılıq əldə olunub. APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Kremlin mətbuat xidməti açıqlama yayıb. Açıqlamada qeyd olunub ki, telefon danışığı Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutub.

  

Rusiya-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurası 2010-cu ilin mayında Rusiyanın o vaxtkı prezidenti Dmitri Medvedev və Rəcəb Tayyip Ərdoqan tərəfindən təsis edilib. Qurumun məqsədi “Rusiya və Türkiyə arasında münasibətlərin inkişafının strategiyasını və əsas istiqamətlərini müəyyən etməkdir”. “Şura siyasi, ticari-iqtisadi və mədəni-humanitar əməkdaşlığın əsas layihələrinin reallaşmasını əlaqələndirəcək”, deyə müvafiq bəyanatda bildirilmişdi.    

 

Şura çərçivəsində həmçinin beynəlxalq işlərdə Rusiya-Türkiyə əməkdaşlığının əsas məsələlərinin müzakirəsi üçün xarici işlər nazirlərinin rəhbərliyi altında birgə strateji planlaşdırma qrupu yaradılıb.   

 

Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasları ildə bir dəfə keçirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 525
avatar

Oxşar yazılar