Rumıniya hakimiyyəti Avropada nəhəng Transilvaniya qızıl mədəni tikintisi planına «yaşıl işıq» yandıra bilər.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, hakimiyyətin bu addımı ictimaiyyətin yeni etiraz dalğası ilə üzləşib.
Nəqliyyat naziri Dan Şova bildirib ki, Rumıniyanı müqavilə öhdəliklərini yerinə yetirmədiyi üçün məhkəməyə vermiş Kanadanın «Gabriel Resources» podratçı-şirkətini udmaq hakimiyyətə çətin olacaq.
Bir müddət öncə baş nazir Viktor Ponta çox minlik etirazçılara tikinti işlərini dayandıracaqlarını boyun olmuşdu. Transilvaniya qızıl mədənində işlər başlayarsa, yerli landşaftı tamamilə dağıdacaq.
Transilvaniya əhalisinin yarısı rumın, 34 faizi macar, 12 faizi alman, yəhudi qaraçı, ukraynalı, serbdir. Bu bölgədə çoxlu sayda türklər də var.