İranın yeni prezidenti Həsən Ruhani andiçmə mərasimindən sonra hökumətində kabinetində görmək istədikləri nazirləri adlarını ölkə parlamentinin sədir Əli Laricaniyə təqdim edib.
Lent.az-ın məlumatına görə,bu siyahı məclisdə təsdiqləndikdən sonra ölkənin ali rəhbəri və nəzarət şurası tərəfindən də bənilməlidir. Bütün bu prosedurlardan sonra hökumət fəaliyyət başlayacaq.
Qeyd edək ki, onların bəziləri keçmiş prezidertlər Rəfsəncani və Xatəminin hökumətində nazir və ya yüksək vəzifə daşıyıblar.
Həsən Ruhanin nazirliyə namizədlərinin siyahısı belədir:
Bijən Zəngənə, neft naziri
Əbdülrza Rəhmani Fəzli, daxili işlər naziri
Əli Təyyibniya, iqtisadiyyat və maliyyə naziri
Mahmud Ələvi, ETTELAAT naziri
Həmid Çitçiyan, energetika naziri
Hüseyn Dehqan, müdafiə naziri
Məhəmmədrza Nemətzadə, ticarət, mədən və sənaye naziri
Mahmud Höccəti, kənd təsərrüfatı naziri
Əli Rəbii, sosial rifah, əmək və korporasiya naziri
Abbas Axundi, yol və şəhərsalma naziri
Məhəmmədəli Nəcəfi, təhsil naziri
Həsən Haşimi, səhiyyə naziri
Məsud Sultanifərd, idman və gənclər naziri
Məhəmmədcavad Zərif, xarici işlər naziri
Mustafa Purməhəmmədi, ədliyyə naziri
Əli Cənnəti, irşad və mədəniyyət naziri
Mahmud Vaizi, informasiya texnologiyaları və kommunikasiya naziri
Cəfər Meyli Münfərid, ali təhsil naziri.