Ruhaninin İsraillə bağlı təhrif edilən çıxışı
02 avqust 2013 23:13 (UTC +04:00)

Ruhaninin İsraillə bağlı təhrif edilən çıxışı

İranın dövlət KİV-i ölkənin başqa iki informasiya agentliyini ittiham edib. Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, İslam Respublikasının yeni prezidenti Həsən Ruhani avqustun 2-də Tehranda keçirilən «Qüds günü» yürüşünə qatılaraq, jurnalistlərlə söhbət edib. O, müsahibəsində İsraillə də bağlı fikrilər söyləyib.

 

Dövlət informasiya vasitələri iddia edir ki, onun yəhudi dövləti ilə bağlı dedikləri «təhrif olunub».

 

Xatırladaq ki, onun İsraillə bağlı belə dediyi yayılmışdı: «…İsrail islam dünyasının bədənindən rədd ediləsi  köhnə yaradır…». Bununla belə o,deyib: « Fələstini işğal edən sionist rejim (İsrail nəzərdə tutulur-red.) öz təcavüzünü davam etdirir. Məhz buna görə də «Qüds günü» müsəlmanlara öz tarixi hüquqlarını unutmamağa, zülm və təcavüzə qarşı müqavimətə çağırır».

 

Bu xəbər yayıldıqdan sonra İsrailin baş naziri Binyamin Netaniyahu bildirib ki, İranın yeni prezidenti öz «əsl sifətini vaxtından tez göstərdi».

 

Qeyd edək ki, «Qüds günü» ilk dəfə 1982-ci ildə İran islam inqilabının lideri ayətullah Xomeyninin təşəbbüsü ilə Fələstinin azadlığına dəstək məqsədilə keçirilib. O vaxtdan hər il Ramazan ayının sonuncu cümə günü bu ad altında tədbir gerçəkləşdirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 644
avatar

Oxşar yazılar