Ruhani qvardiyanı təriflə neytrallaşdırmaq istəyir
17 sentyabr 2013 04:28 (UTC +04:00)

Ruhani qvardiyanı təriflə neytrallaşdırmaq istəyir

İran prezidenti Həsən Ruhani İslam İnqilab Keşikçiləri Qvardiyasının komandirləri ilə görüşüb.

 

Lent.az-ın İran KİV-ə istinadən məlumatına görə, görüşdə Ruhani deyib ki, ölkənin indiki həssas və ağır durumunda İnqilab Keşikiçləri Qvardiyası «meydana girməli», mühüm əhəmiyyət daşıyan iqtisadi layihələrin icrasının məsuliyyətini daşımalıdır: «Bu gün ölkə iqtisadiyyatı hədəfə alınıb. Belə bir şəraitdə qvardiya meydana girməli, üç-dörd böyük milli layihənin icrasını üzərinə götürməlidir.

Mən qvardiyanın özəl sektorun rəqibinə çevrildiyi haqda şayiələri qəbul etmirəm. Bəziləri onu xalqa rəqib kimi göstərməyə çalışır. Amma qvardiya heç vaxt xalqın və ya özəl sektorun rəqibi olmayıb. Sadəcə olaraq hesab edirik ki, o, özəl sektorun öhdəsindən gələ bilmədiyi bəzi mühüm layihələri üzərinə götürməlidir.

Biz gündə 2 milyon 500 min barel neft satan ölkə olmuşuq. Amma bu gün satdığımız neftin həcmi bir milyon bareldən aşağı düşüb. Elə bir vaxtda ki, biz ölkəyə gündə 7 milyon 500 min ton buğda idxal etməliyik. Məhz buna görə də hesab edirəm ki, qvardiya qollarını çırmalamalı, hökumətin üzərinə düşən yükün bir hissəsini üzərinə götürməlidir».

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 691

Oxşar yazılar