Sentyabrın 17-də BMT Baş Assambleyasının 68-ci sessiyası işinə başlayacaq. Lent.az-ın məlumatına görə, çıxışlar sentyabrın 24-dən oktyabrın 2-dək davam edəcək. Bu beynəlxalq tədbirdə İran prezidenti Həsən Ruhaniin də iştirakı və çıxışı nəzərdə tutulub.
İranın xarici işlər naziri Məhəmmədcavad Zərif sentyabrın 4-də jurnalistlərə açıqlamasında prezident Həsən Ruhaninin nəzərdə tutulmuş Nyu-York səfərindən danışıb.
Nazir deyib ki, Ruhani BMT Baş Assambleyasının növbəti iclasına qatılmaq üçün Nyu-York səfərində iki çıxış edəcək: «Prezidentin Nyu-Yorka səfəri artıq qətiləşib. Onun orada iki çıxışı olacaq. Biri BMT Baş Assambleyasının növbəti iclasında, digəri isə Qoşulmayanlar Hərəkatının dönəm sədri kimi nüvə silahların yayılmasının qarşısının alınması xüsusunda. Ruhaninin Nyu-Yorkda yaşayan iranlılar, o sıradan da ziyalılarla görüşü nəzərdə tutulub».