İranın yeni prezidenti Həsən Ruhani İsrail tərəfdən gələcək hərbi təhlükəni «gülməli» adlandırıb.
Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, o, deyib : «Bəzi dövlətlər bütün variantlara baxdıqlarını deyəndə, bölgəni ən rəzil dövləti belə söhbətlər edəndə bu yalnız gülüş doğurur».
«Sionistlər (İsrail nəzərdə tutulur- red.) kimdir ki, bizi hədələsin?»-deyə, o, bildirib.
Xatırladaq ki, bir neçə gün öncə İsrailin baş naziri Binyamin Netaniyahu İranın nüvə silahı əldə etməməsi üçün müstəqil addımlar atmağa məcbur olacaqlarını söyləmişdi. O, İrana qabaqlayıcı zərbələr endirə biləcəklərini bildirmişdi.
Yəhudi dövləti hökumətinin başçısı bildirib : «İran qırmızı xəttə yaxınlaşıb, onu keçməyib».