İran prezidenti Həsən Ruhani ABŞ-ın ölkəsinə yönəli siyasətini tənqid edib.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, o, andiçmədən sonra keçirdiyi ilk mətbuat konfransında bildirib ki, Tehranın nüvə problemi ilə bağlı «ciddi danışıqlar aparmağa» hazırdır.
O, bu məsələdə Tehranın öz mövqeyindən dönəcəyini gözləməyin əbəs olduğunu vurğulayıb.
İran prezidenti əlavə edib ki, nüvə məsələsi ilə bağlı danışıqlarda o biri tərəf problemin həllinin hədə yolu ilə deyil, danışıqlar yolu ilə müəyyən qərar qəbul etmək olar.