Roma Papası Fransisk iqlim dəyişikliyi problemini müzakirə etmək məqsədilə dünyanın aparıcı neft şirkətlərinin rəhbərləri ilə görüşəcək.
APA-nın məlumatına görə, bu barədə “Associated Press” agentliyi Vatikanın rəsmi nümayəndəsinə istinadən xəbər verib.
Görüşün iyunun 8-9-a planlaşdırıldığı bildirilir. Görüşə dəvət alan şirkətlərin adları açıqlanmır. Bununla belə, “BP” şirkətinin başçısı Robert Dadli və “Exxon Mobil”-in rəhbəri Darren Vuds görüşdə iştirak edəcəklərini təsdiqləyiblər.