UniDestin yeni tədris ili öncəsi ödənişsiz İngilis dili səviyyə imtahanı təşkil edəcək
11 avqust 2026 14:52 (UTC +04:00)

UniDestin yeni tədris ili öncəsi ödənişsiz İngilis dili səviyyə imtahanı təşkil edəcək

0

Yeni tədris ilinə hazırlıq çərçivəsində UniDestin Tədris Mərkəzi tərəfindən 15 avqust 2026-cı il tarixində ödənişsiz İngilis dili səviyyə imtahanı keçiriləcək.

Səviyyə imtahanının əsas məqsədi iştirakçıların ingilis dili biliklərini beynəlxalq standartlara uyğun şəkildə qiymətləndirmək, onların dil səviyyəsini müəyyən etmək və ən uyğun tədris proqramına yönləndirməkdir.

İmtahanda iştirak edən namizədlər ingilis dili üzrə mövcud bilik səviyyələrini (A1-C1) öyrənmək, peşəkar müəllimlər tərəfindən nəticələrinin təhlilini əldə etmək və fərdi inkişaf planı ilə bağlı tövsiyələr almaq imkanı qazanacaqlar.

Səviyyə imtahanının nəticələrinə əsasən, iştirakçılar General EnglishIELTSTOEFL və Duolingo English Test hazırlıq proqramlarına uyğun qrup və fərdi dərslərə qoşula bilərlər. Bununla yanaşı, 8, 9, 10 və 11-ci sinif şagirdləri üçün DİM-in ingilis dili imtahanlarına hazırlıq proqramları da ümumi ingilis dili dərsləri ilə paralel şəkildə təşkil olunur. Bu yanaşma şagirdlərə həm məktəb proqramı üzrə biliklərini möhkəmləndirməyə, həm də ingilis dili bacarıqlarını beynəlxalq standartlara uyğun inkişaf etdirməyə imkan yaradır.

İmtahanda iştirak ödənişsizdir.

Qeydiyyatdan keçmək istəyən şəxslər UniDestin Tədris Mərkəzi ilə əlaqə saxlayaraq əvvəlcədən qeydiyyatdan keçə bilərlər.

Əlaqə:
+994 (55) 848 03 09
+994 (50) 836 44 99
[email protected]
www.unidestin.com
Ünvan: AF Business House, 4-cü mərtəbə, Nizami küç. 203

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 118

Oxşar yazılar