«Maqnitskinin işi» ilə bağlı Britaniya Daxili İşlər Nazirliyi (DİN) Rusiyanın 60 dövlət məmurunun ölkəyə gəlməsini qadağan edib.
Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, bu haqda İngiltərədə çıxan «Deyli teleqraf» qəzeti İcmalar palatasının deputata Dominika Raba istinadən xəbər yayıb.
«Avropada təhlükəsizlik və əməkdaşlıq üzrə komissiyası ötən ilin iyununda 60 nəfərlik siyahını təqdim etdikdən sonra DİN bu yasağı tətbiq edib»-deyə, qəzet yazıb.
Adları siyahıda olan Rusiya məmurlarının Britaniyaya son bir ildə gəlməsi ilə bağlı parlament üzvləri hökumətə sorğu göndərib.
«DİN-in xüsusi işlər üzrə direktorluğu artıq həmin şəxslər haqqında bilir və viza verilməməsi üçün gərəkən tədbirləri gerçəkləşdirir»-deyə, Raabanın sualını immiqrasiya məsələləri üzrə nazir Mark Harper cavablandırıb.