Rəsmi Bağdad hava məkanını Türkiyəyə bağlayıb
01 dekabr 2013 02:46 (UTC +04:00)

Rəsmi Bağdad hava məkanını Türkiyəyə bağlayıb

İraq hakimiyyəti ölkənin şimalı başda olmaqla  Türkiyə mülki təyyarələrinə hava məkanını qapadıb.

 

Lent.az-ın Türkiyə informasiya vasitələrinə istinadən məlumatına görə, bunun səbəblərindən biri kimi Şimalı İraqdan neftin Türkiyə ərazisi ilə ixracı göstərilir.

 

Mənbə xatırladıb ki, 2012-ci ilin dekabrında rəsmi Bağdad Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldızın olduğu təyyarənin Ərbildə enməsinə icazə verməmişdi.

 

Bu il dekabrın 2-də Ərbildə Neft və Təbii qaz konfransının keçirilməsi planlaşdırılıb. Həmin tədbirə türkiyəli nazirin qatılacağı gözlənilir.

 

Yasağın konfransqabağı tətbiqi bir il öncəki olayın təkrarlanması kimi dəyərləndirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 720
avatar

Oxşar yazılar