Rəfsəncani: “Əhəmdinejad 800 milyard uçurdu”
02 avqust 2013 06:09 (UTC +04:00)

Rəfsəncani: “Əhəmdinejad 800 milyard uçurdu”

İyulun 31-də iqtisadçılar və ictimai fəallarla görüşən Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun rəisi ayətullah Haşimi Rəfsəncani İran prezidenti Mahmud Əhmədinejad hökumətinin iqtisadi siyasətini kəskin tənqid edib.

Lent.az-ın “Media forum”a istinadən  məlumatına görə, Haşimi Rəfsəncani deyib ki, Əhmədinejad hökumətinin iqtisadi sahədəki səriştəsizliyi ucbatından ölkə son 8 ildə 800 milyard dollar itirib: “Əhmədinejadın 8 il prezidentliyi dövründə neft satışından əldə edilən 800 milyard dollar uçub getdi. 1989-cu ildə mən prezident postuna seçiləndə ölkənin valyuta gəliri 8 milyard dollar idi. Buna baxmayaraq hökumət müharibə dağıntılarını aradan qaldıraraq ölkəni yenidən qurmağa başladı.

Son 8 ildə ölkənin neft gəlirlərindən 800 milyard dollar əldə etməsinə baxmayaraq iqtisadi infrastrukturu gücləndirib yenidən bərpa etmək üçün çox fürsət əldən getdi. Bu isə hökumətin iqtisadi sahədə düzgün proqramı olmaması, həmin məbləğin səmərəli xərclənməməsi ilə əlaqədardır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1400
avatar

Oxşar yazılar