Ötən həftə Afrikanın qərb sahillərində qaçırılmış tankerin neft ekipajının heyəti sərbəst buraxılıb.
Lent.az-ın «interfaks»-a istinadən məlumatına görə, Türkiyənin Qabondakı səfiri Əhmədrza Dəmirər bildirib ki, quldurlar tankerdəki neft məhsullarını çəkib, çıxardıqdan sonra tanker və heyti azad edilib.
Məlumata əsasən, gəmimdəki 24 nəfərlik heyət sağ-salamatdır. Ancaq quldurlar tankeri bütbövlükdə soyublar.
O, Türkiyənin «Geden Layns» şirkətinə məxsusdur. «Cotton» adlı tanker Malti bayrağı altında üzürmüş. Heyətin hamısı Hindistan vətəndaşıdır.