Suriya ilə həmsərhəd olan 4 qonşu dövlət beynəlxalq ictimaiyyətdən suriyalı qaçqınlara yardım üçün müraciət edib.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, BMT-nin bayrağı altında İordaniya, Livan, İraq və Türkiyə nazirlərinin Cenevrədə keçirdiyi görüşdən sonra qəbul edilən birgə bəyanatda vurğulanıb.
Nazirlər bildirib ki, qaçqınlara daha ciddi edilməzsə, böhran bölgədə sabitliyi poza bilər.
Qonşu dövlətlərin hökumət təmsilçiləri başqa ölkələrə də yardım üçün müraciət edəcəklərini vurğulayıblar.