Qətərin yeni əmiri: «Atamın siyasətini davam etdirəcəyəm»
27 iyun 2013 03:33 (UTC +04:00)

Qətərin yeni əmiri: «Atamın siyasətini davam etdirəcəyəm»

Qətərin yeni əmiri Tamim bin Həmad əl-Tani millətinə ilk müraciətində atasının yürütdüyü siyasətə sadiq qalacağını bildirib.

 

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, o, deyib ki, bu siyasət ölkəsini körfəzin ən varlı dövlətlərindən və Yaxın Şərqin aparıcı oyunçularından biri edib.

 

Qətərin yeni lideri daxildəki problemlərdən danışsa da, xarici siyasətdə üstünlük verəcəyi məsələlərə toxunmayıb.

 

61 yaşlı Həmad bin Xəlifə əl-Tani iyunun 25-də könüllü olaraq, 33 yaşlı oğlunun xeyrinə hakimiyyətdən getdiyini bildirib. Bu bölgə dövlətlərində görünməmiş hadisə sayılır.

 

Son illər Qətər beynəlxalq aləmdə öz mövqeyini gücləndirib.

2022-ci ildə isə neftlə zəngin bu ölkədə futbol üzrə dünya çempionatı keçiriləcək.

 

Onu da qeyd edək ki iyunun 26-da Qətərdə yeni hökumətin tərkibi elan olunub.

 

Əmir Tamim bin Həmad əl-Taninin fərmanına əsasən, şeyx Abdulla bin Nasir əl -Tani ölkənin baş naziri təyin olunub.

 

Xarici işlər naziri vəzifəsinə isə Xalid bin Məhəmməd əl -Atiyə gətirilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 770

Oxşar yazılar

Yeni qan qrupu TAPILDI:  yalnız bir nəfərdə var

Yeni qan qrupu TAPILDI: yalnız bir nəfərdə var

18 iyul 2025 , 10:44
Suriya lideri Dəməşqi tərk etdi

Suriya lideri Dəməşqi tərk etdi

18 iyul 2025 , 05:38
"Uber" pilotsuz  taksilərə keçir

"Uber" pilotsuz taksilərə keçir

18 iyul 2025 , 03:23
Çilidə güclü zəlzələ  baş verdi

Çilidə güclü zəlzələ baş verdi

18 iyul 2025 , 02:14
Şahin Şıxlinski axtarışa verildi

Şahin Şıxlinski axtarışa verildi

17 iyul 2025 , 21:09
Müəllim bu fotolarına görə işdən qovuldu

Müəllim bu fotolarına görə işdən qovuldu

17 iyul 2025 , 18:16
Riyaziyyatdan istifadə edərək 14 dəfə lotereyanı uddu:  bunu necə etdi?

Riyaziyyatdan istifadə edərək 14 dəfə lotereyanı uddu: bunu necə etdi?

17 iyul 2025 , 17:34
İsrail ordusunda  İNTİHARLAR:   2011-ci ildən bəri ən yüksək göstərici 

İsrail ordusunda İNTİHARLAR: 2011-ci ildən bəri ən yüksək göstərici 

17 iyul 2025 , 16:22