Qazaxıstanın Pavlodar-Astana yolunda 3 nəfər yol nəqliyyat qəzasının qurbanı olub.
Lent.fə-ın «interfaks» -a istinadən məlumatına görə, qəzaya düşmüş «Toyota» markalı maşında 6 nəfər, o cümlədən məzuniyyətdə olan Qazaxıstan daxili işlər nazirinin müavini Ərlik Kənanbayev də olub. Qəzada onun həyat yoldaşı, yetkinlik yaşına çatmayan oğlu və sürücüsü həyatını itirib.
Yaralanmış nazir müavini, 11 yaşlı oğlu və həyat yoldaşının qohumu xəstəxanaya yerləşdirilib.