ABŞ-da güclü qar burulğanı Massaçusets ştatında atom elektrik stansiyasının fəaliyyətini dayandırmasına səbəb olub.
Lent.az-ın CNN-ə istinadən verdiyi məlumata görə, qar burulğanı AES-i elektrik enerjisi ilə təchiz edən xətləri sıradan çıxarıb və AES avtomatik fəaliyyətini dayandırıb.
AES-dəki reaktor problemsiz bağlanıb və cəmiyyət üçün hər hansı təhlükə yoxdur. Hazırda əlverişsiz hava şəraiti ilə bağlı Massuçusets ştatında 200 mindən çox insan elektrik enerjisi təchizatından məhrumdur.