Qanada ölüləri oynaya-oynaya basdırırlar
27 avqust 2013 19:15 (UTC +04:00)

Qanada ölüləri oynaya-oynaya basdırırlar

Afrikanın bir çox ölkələrində, eləcə də Qanada dəfn mərasimi mühüm və çox pul aparan hadisədi. Lent.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, Qanada dəfn mərasimləri musiqi ilə müşayiət olunmalı, foto və video çəkiliş aparılmalı,  muzdlu ağlayanlar tutulmalıdır. Mərasim təqribən yerli pulla 10-20 min sediyə (4.7 - 9.5 min dollar) başa gəlir. Buna görə də ölünün yaxınları məcburən bankdan kredit götürməli olurlar.

Cənazə törənində qənaət etmək isə düzgün sayılmır. Adətən törənin yaxşı keçməsi üçün 27 illik təcrübəsi olan Benjamin Aydaya müraciət edirlər.

B. Aydanın sözlərinə görə, müştərilər adətən eyni xahişlə gəlirlər: “Atam həyatda oynamağı sevirdi, qoyun yenə davam etsin”. Tabutu reqqi oyanayaraq çiyinlərində daşıyanları “görmək” 800 sediyə (383 dollar) başa gəlir. Bu xidməti göstərən şirkət 2010-cu ildə fəaliyyət göstərir və o vaxtdan bəri 200-ə yaxın ölü “rəqs edərək” dəfn olunub.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 816
avatar

Oxşar yazılar