Afrikanın Qərbində yerləşən Qana hakimiyyəti Çinin 120 vətəndaşını həbs edib.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, onlar qanunsuz qızıl hasilatında ittiham olunub.
Ölkə immiqrasiya xidməti «qızılçıların» Çinə deportasiya ediləcəyini bildirib.
Xatırladaq ki, Qana qızıl hasilatına üzrə Afrikada ikinci yerdədir. Ölkə qanunlarına əsasən, yalnız Qana vətəndaşları qızıl axtarışında işləyə bilər.
Dünyadakı iqtisadi böhran Çindən Qanaya qızıl axtarma sahəsində işləmək üçün çinlilərin axınına səbəb olub.