Qahirədə Mursiyə qarşı aksiyalar başlayıb
27 iyun 2013 05:07 (UTC +04:00)

Qahirədə Mursiyə qarşı aksiyalar başlayıb

 

Misir prezidenti Məhəmməd Mursinin əleyhdarları Qahirədə Müdafiə Nazirliyinin binası qarşısına toplaşaraq, hakimiyyətə qarşı şüarlar söyləyiblər.

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, yaxın saatlarda M.Mursi ölkə vətəndaşlarına müraciət edəcək.

 

İyunun 26-da ölkənin Mansur şəhərində prezidentin tərəfdarları ilə əleyhdarları arasında baş vermiş toqquşma nəticəsində 3 nəfər həlak olub, iki yüzdən çox insan yaralanıb.

 

Mənbənin məlumatına əsasən, həftənin bazar günü Misirin bir neçə şəhərində keçiriləcək kütləvi etiraz aksiyası keçiriləcək. Bu məqsədlə həmin bölgələrə əlavə ordu qüvvəsi yerləşdirib.

 

Ölkədəki siyasi gərginlik üzündən adi vətəndaşlar ərzaq və yanacaq ehtiyatı görür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 478
avatar

Oxşar yazılar