Misirin devrilmiş prezidenti Məhəmməd Mursinin on minlərlə tərəfdaşı Qahirənin küçələrinə çıxaraq, onun vəzifəsinə qaytarılmasını tələb edib.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, bir müddət öncə «Müsəlman qardaşları» misirliləri cümə günü xalqın hiddətini göstərmək üçün etiraz aksiyalarına çıxıb, Qahirəni iflic vəziyyətinə salmağa çağırıb.
Nümayiş zamanı ordunu hərbi çevrilişdə ittiham edən şüarlar söylənilib.