Mursi tərəfdarları və ordu arasında toqquşmalar davam edir
İyulun 15-dən 16-a keçən gecədən başlayaraq indiyə qədər Qahirə küçələrində Misirin devrilmiş prezident Məhəmməd Mursinin tərəfdarları ilə təhlükəsizlik qüvvələri arasında toqquşmalar davam edir.
Lent.az-ın MENA agentliyinə istinadən verdiyi məlumata görə, Misir Səhiyyə Nazirliyi toqquşmalar zamanı ölənlərin sayının 7 nəfərə çatdığını açıqlayıb.
Ən azı 261 nəfər xəsarət alıb və yaralanıb. Polis və ordu bölmələri 401 aksiyaçını saxlayıb. Polis və ordu bölmələrinin paytaxtın müxtəlif rayonlarında vəziyyəti nəzarət altına almaq səyləri hələ ki, nəticə vermir.