Bir müddət öncə İran prezidenti Həsən Ruhani Şanxay Əməkdaşlıq Təşkilatının Bişkekdə keçiriləcək zirvə toplantısına dəvət edildiyi və orada Rusiya prezidenti Vladimir Putinlə görüşəcəyi barədə xəbərlər yayılmışdı.
Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, İslam Respublikasının Xarici İşlər Nazirliyi bunu təsdiqləyib.
Rusiya liderinin köməkçisi Yuri Uşakov da bir müddət öncə bu haqda açıqlama vermişdi.
«Şanxay sammiti bizim üçün çox vacibdir. Prezident orada dövlət başçıları ilə iki tərəfli danışıqlar aparmağı planlaşdırır. Ruhani ilə Putin arasında keçiriləcək görüş İslam Respublikasının zirvə toplantısı ilə bağlı proqramının başlıca müddəalarındandır»-deyə, xarici işlə naziri Məhəmmədcavad Zəriv söyləyib.
Bu həm də Həsən Ruhaninin prezident kimi xaricə ilk rəsmi səfəri olacaq.