Rusiya prezidenti Vladimir Putinlə İsrailin baş naziri Binyamin Netaniyahu arasında telefon danışığı olub.
Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, tərəflər yəhudi dövləti baş nazirinin Moskvaya səfəri zamanı müzakirə edəcəkləri məsələləri müzakirə ediblər.
Xatırladaq ki, B.Netaniyahu noyabrın 20-də Rusiyaya səfər edəcək.