Ermənistanın Gömrük İttifaqına daxil olması, o cümlədən quruma üzv başqa dövlətlərlə bu dövlətin ümumi sərhədinin olmaması məsələsini Rusiya prezidenti Vladimir Putinin müşaviri Sergey Qlazev şərh edib.
Lent.az-ın «Erkramas»-a istinadən məlumatına görə, o, Rusiyanın Kalininqradla da heç bir sərhədi yoxdur. Ermənistanın dövlət, Kalininqradın federasiya subyekti, Rusiyanın bir vilaytəti olduğun ona xatırladan da, prezident müşaviri bildirib ki, bu vəziyyət üçün ortaq sərhəd əsas deyil, başlıcası gömrük ittifaqının vahid ərazisinin olmasıdır: «Gömrük ittifaqımızda ümumi sərhədimiz olmayan Kalininqrad artıq 5 ildir fəaliyyət göstərir».
Respublikaçılar Partiyasının Ermənistan parlamentindəki fraksiyasının başçısı Qalust Saakyan Putinin müşavirinin dəyərləndirməsini «görməmişlik» adlandırıb: «Ələbətə, bu təhqirdir. Ancaq hər belə müştəbehlik Ermənistan haqqında nə isə demək deyil».
Bununla yanaşı fraksiya başçısı bildirib ki, Ermənistanın GÖmrük İttifaqına daxil olması ölkəsinin suverenliyinin təhdidi etməməlidir.
«Yadda saxlayın, heç bir vasitə Ermənistanın müstəqilliyini azalda bilməz. Kalininqrad özlərinə qalsın, ancaq biz Ermənistanın maraqlarını qoruyacağıq».